Google ilə giriş
Tətbiqə Google hesabı ilə daxil olursan. Google-dan hesabının identifikatorunu, e-poçt ünvanını, adını və profil şəklinin ünvanını (Google verəndə) alırıq: hesabını yaratmaq və irəliləyişini saxlamaq üçün.
Məxfilik siyasətiAndroid · tezliklə Google Play-də
Yolbilən sürücülük vəsiqəsinin nəzəri imtahanına hazırlıq tətbiqidir: dərslər, izahlı suallar, nişanlar, cərimələr və sınaq imtahanı.
Dərslər
Səhnəli dərslər qaydanı çəkilmiş səhnə ilə izah edir. Əvvəl özün təxmin edirsən, sonra maşınlar növbə ilə keçir və hər addımın altında qanunun maddəsi durur. Bu səhnə tətbiqdəki dərsdən götürülüb: təxmin et və bax.
«Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir.»
Əvvəl təxmin et: kim birinci?
Suallar
516 sualın hər birinin izahı var və qanunun hansı maddəsinə və ya əlavəsinə əsaslandığını göstərir. Səhv etdiyin suallar yadda qalır və öyrənənə qədər yenidən qarşına çıxır. Səhv etmək qorxulu deyil: səhvini tətbiq yadda saxlayır, sənə düzünü öyrənmək qalır.
Sınaq imtahanı
Sınaq imtahanımız belədir: 10 sual, 15 dəqiqə, 9 düz cavab. Bir səhvi bağışlayır, ikincisində imtahan bitir. Vaxt da, səhv haqqı da ekranda gözünün qabağındadır.
Bələdçi
265 nişan adı və mənası ilə, qrup-qrup. 123 cərimə maddəsi: məbləğ, cərimə balı (varsa) və əlavə cəza ilə. Oxumaq ödəməkdən ucuz başa gəlir.
Hesab və məlumatlar
Tətbiqə Google hesabı ilə daxil olursan. Google-dan hesabının identifikatorunu, e-poçt ünvanını, adını və profil şəklinin ünvanını (Google verəndə) alırıq: hesabını yaratmaq və irəliləyişini saxlamaq üçün.
Məxfilik siyasətiReklam yalnız əlavə sınaq imtahanı açmaq istəyəndə çıxan qısa videodur. Banner yoxdur: dərs oxuyanda, sual cavablandıranda və imtahan verəndə reklam görmürsən. Əsas imkanlar pulsuzdur, istəyə bağlı ödənişli imkanlar da əlavə etməyi planlaşdırırıq.
İstifadə şərtləriHesabını tətbiqdə silə bilərsən: Profil → Hesabı sil. Tətbiq olmadan silməyin yolu da var.
Hesabı silYolbilən hazır olanda Google Play-ə çıxacaq. Siyahıda olsan, ilk xəbər tutanlardan olacaqsan. O vaxta qədər TikTok və Instagram-da qaydaları zarafatla, amma dəqiq izah edirik.
@yolbilen.app